ABŞ-dan Türkiyənin Suriya və İraq əməliyyatı ilə bağlı açıqlama

09:18 22 Noyabr 2022

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Türkiyənin Suriyadakı hava əməliyyatı və mümkün quru əməliyyatı ilə bağlı açıqlamasında “koordinasiyasız hərbi əməliyyatlara” qarşı çıxmağa davam etdiklərini bildirib.

Sitat.info xəbər verir ki, Suriya və Türkiyədəki mülki itkilərə görə səmimi başsağlığı verdiklərini bildirən Ned Prays Suriyada İŞİD-i məğlub etməyin ortaq məqsəd olduğunu və bu ortaq hədəfin dəstəklənməsini istədiklərini bildirib.

Xarici İşlər Nazirliyinin səhifəsində dərc olunan bəyanatda aşağıdakı ifadələr yer alıb:

ABŞ Suriya və Türkiyədə mülki itkilərə görə səmimi başsağlığı verir. Biz Suriyada mülki həyatı qorumaq və İŞİD-i məğlub etmək kimi ümumi məqsədi dəstəkləmək üçün gərginliyin azaldılmasına çağırırıq. Biz həmçinin İraqın suverenliyini pozan istənilən razılaşdırılmamış hərbi əməliyyata qarşı çıxmağa davam edirik”.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger də Türkiyənin Suriya və Şimali İraqdakı əməliyyatlarında “mütənasib davranmağa və beynəlxalq hüquqa hörmət etməyə” çağırıb.

Seymur Bənnayev

SİTAT.İNFO



Xəbər xətti