Paris Bələdiyyəsi Fransada enerjiyə qənaətlə bağlı müzakirələrin ortasında qalıb. Böhrana baxmayaraq, şəhərin məşhur Yelisey küçəsi Milad işıqları ilə bəzədilib.
Sitat.info xəbər verir ki, küçə lampalarının sayı azaldılıb. İctimai binalarda işıqlar erkən söndürülüb.
Luvr muzeyi və Eyfel qülləsi kimi Parisin simvolik binalarının işıqlandırılmasına da vaxt məhdudiyyəti qoyuldu.
Enerji böhranı fakturalarda, ərzaq qiymətlərində və inflyasiyada əksini taparkən, Fransa qənaət tədbirləri ilə qışa hazırlaşır.
Lakin Parisin dəbdəbəli mağazaların olduğu məşhur küçəsi Yelisey meydanının Milad işıqları ilə bəzədilməsi müzakirələrə səbəb olub.
Avropanın əksər bələdiyyələri enerjiyə qənaət tətbiq edərkən, Paris şəhəri Şamps-Elysées prospektində 400 ağacı işıqlandırıb.
Tək bir küçəni işıqlandırmaq üçün 1 milyon avro xərclənməsi reaksiya gördü. Bələdiyyə "böhranın ortasında korluq" ilə tənqid olunur.
Rəsmilər işıqlandırmanın enerjiyə qənaət planına uyğun olduğunu iddia edirlər. Axşam saat 17:00-da yandırılan işıqlar saat 02:00-da yox, 23:45-də sönür.
Beləliklə, elektrik enerjisi istehlakına yüzdə 44 qənaət edilməsi hədəflənir.
Seymur Bənnayev
SİTAT.İNFO