Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrel Fontelles bu gün bəyanatla çıxış edərək Serbiya və Kosovo arasında “nömrə nişanı gərginliyi” görüşünün nəticəsinin məyusedici olduğunu bildirib.
Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, Kosovo səlahiyyətliləri bölgələrindəki etnik serblərdən Serbiya tərəfindən verilmiş avtomobil nömrələrini təhvil vermələrini və Kosovo nömrələrindən istifadə etməli olduqlarını bildirib.
Lakin Serbiyanın Kosovonun müstəqilliyini tanımaması ilə vəziyyət gərginləşmişdi.
Avropa İttifaqı gərginliyi artırmamaq üçün Priştina və Belqrad arasında danışıqlar toplantısı keçirmiş, lakin vəziyyət həll olunmamışdı. Kosovo səlahiyyətliləri, bu gündən etibarən nömrə nişanlarını təhvil verməyənlərin 150 avro cərimələnəcəyini açıqlayıb.
Avropa İttifaqının Kosovodakı mülki missiyası kimi tanınan EULEX vəziyyətin ciddi olaraq qaldığı və zorakılıq hallarının baş verə biləcəyini bildirib.
/Manset.az