Türkiyə Suriya və Şimali İraqa qarşı “Pəncə qılınc” hava əməliyyatı həyata keçirib. Hava əməliyyatı çərçivəsində terror hədəfləri müvəffəqiyyətlə vurulub, əməliyyat ilk növbədə dünya gündəminə daxil olub.
Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatın əks-sədaları davam edərkən ABŞ-dan qalmaqallı açıqlama gəlib.
ABŞ Dövlət Departamentinin rəsmi saytında dərc edilən mesajda aşağıdakı ifadələr yer alıb:
ABŞ Suriya və Türkiyədə mülki itkilərə görə səmimi başsağlığı verir. Biz mülki əhalinin müdafiəsi və İŞİD-i məğlub etmək kimi ümumi məqsədi dəstəkləmək üçün gərginliyin azaldılmasına çağırırıq. Biz həmçinin İraqda İraqın suverenliyini pozan hər hansı razılaşdırılmamış hərbi əməliyyata qarşı çıxmağa davam edirik.
Məğrur,
Sitat.info