Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu qış Ukraynada milyonlarla insanın həyatının risk altında olacağını bildirib.
Sitat.info xəbər verir ki, ÜST-ün Avropa üzrə regional direktoru doktor Hans Henri P. Kluge vurğulayıb ki, Ukraynanın enerji infrastrukturunun yarısı zədələnib və hazırda 10 milyon insan işıqsız qalıb.
"Bəzi ərazilərdə temperaturun - 20 dərəcəyə enəcəyi gözlənilir. Sadə dillə desək, bu qışdan sağ çıxmaq çətin olacaq".
ÜST, Rusiyanın fevralın 24-də başlayan işğalından sonra səhiyyə infrastrukturuna 703 hücumu sənədləşdirib.
Nərgiz,
Sitat.info