İsveçdə soyuq hava və qar yağması nəqliyyata mənfi təsir göstərib. Hava istiliyinin -1 ilə -3° arasında olacağı gözlənildiyi halda, paytaxt Stokholmda qarın qalınlığı 40 santimetrə çatıb.
Sitat.info xəbər verir ki, İsveç dövlət televiziyası SVT-nin məlumatına görə, Stokholmdakı Arlanda hava limanında bəzi reyslər ləğv edilərkən, qatar və avtobusların hərəkətində fasilələr yaranıb.
Bu fasilələrin sabaha qədər davam edəcəyi bildirilir.
İsveç Rəsmiləri sürüşkən yollarla bağlı sürücülərə xəbərdarlıq edib. Çoxlu yol qəzalarının baş verdiyi bildirilib.
Seymur Bənnayev
Sitat.info