Kreml Türkiyəni “Suriyadakı sabitliyi pozmamağa” çağırıb.
http://Sitat.info xəbər verir ki, Taksimdəki bombalı hücumdan sonra Türkiyə Suriya və İraqda PKK və PYD-yə qarşı hava hücumları həyata keçirdi və rəsmilər Suriyanın şimalına quru əməliyyatı başlayacağına dair siqnallar verdi.
Dəməşq administrasiyasının ən güclü dəstəkçisi olan Rusiya bəyan edir ki, Ankaranın bölgəyə mümkün hərbi əməliyyatı Suriyanın şimalında sabitliyi pozacaq.
Kremlin sözçüsü Dmitri Peskov verdiyi açıqlamada, "Türkiyənin öz təhlükəsizliyi ilə bağlı narahatlığını başa düşürük. Eyni zamanda, bütün tərəfləri ümumi vəziyyəti ciddi şəkildə poza biləcək hər hansı cəhddən çəkinməyə çağırırıq" ifadəsini işlətdi.
Peskovdan əvvəl Rusiya lideri Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev Ankarada təmkinli olmağa çağırıb və “Ümid edirik ki, türk həmkarlarımızı Suriya torpaqlarında həddindən artıq güc tətbiq etməkdən çəkinməyə inandıracağıq” dedi.
Seymur Bənnayev
Sitat.info