Ağstafadakı vergi ödəyicilərinə xidmət mərkəzi 20 gün fəaliyyət göstərməyəcək

17:54 22 Noyabr 2022

Sabahdan başlayaraq 20 gün ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Ağstafa rayonundakı vergi ödəyicilərinə xidmət mərkəzi cari təmir işləri ilə əlaqədar fəaliyyət göstərməyəcək.

Sitat.info bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

"Göstərilən xidmətlərin əksəriyyətinin elektronlaşdırıldığını nəzərə alaraq, elektron xidmətlərdən faydalanmağınız, gələcəkdə vaxtınıza qənaət edilməsi məqsədilə xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etməyiniz tövsiyə olunur. Əlavə olaraq bildiririk ki, 14 saylı Ərazi Vergilər İdarəsində (ƏVİ) uçotda olan Ağstafa rayonu üzrə vergi ödəyiciləri qeyd edilən müddətdə üzbəüz xidmətlərdən yararlanmaq üçün həmin ƏVİ-nin nəzarət əhatəsinə daxil olan Şəmkir şəhəri, Heydər Əliyev prospekti 5 (14 saylı ƏVİ-nin inzibati binası, iş günləri saat 09:00-dan 18:00-a qədər, fasiləsiz), Tovuz şəhəri, Abulbəyli kəndi (iş günləri saat 09:00-dan 14:00-a qədər, fasiləsiz), Qazax şəhəri, S. Arixov küçəsi (iş günləri saat 09:00-dan 14:00-a qədər, fasiləsiz) və Gədəbəy şəhəri, 20 yanvar küçəsi (iş günləri saat 09:00-dan 14:00-a qədər, fasiləsiz) ünvanlarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər", - deyə qurum bəyan edib.



Xəbər xətti