Suriyada YPG-nin nəzarətində olan bölgədən Türkiyənin dəstəklədiyi müxaliflərin nəzarətində olan Azezə raket hücumu nəticəsində biri uşaq olmaqla 5 mülki vətəndaş həlak olub, 3 nəfər yaralanıb.
Sitat.info xəbər verir ki, Suriya İnsan Haqları Müşahidə Qrupu müxaliflərin nəzarətində olan Azez şəhərinə raket hücumu edildiyini açıqlayıb. Hücumda 1-i uşaq olmaqla 5 nəfərin öldüyü, 3 nəfərin isə ağır yaralandığı bildirilib.
Bölgədə geniş xəbər şəbəkəsinə malik olan Rəsədxana raket hücumunun Türkiyənin 40 nəfərin ölümü ilə nəticələnən hava hücumundan sonra həyata keçirildiyini qeyd edib. Londonda yerləşən Rəsədxanadan qeyd edilib ki, Azez yaxınlığındakı hava limanında Türkiyə artilleriyasının atəşi nəticəsində 3 suriyalı əsgər həlak olub.
Seymur Bənnayev
Sitat.info