Rusiya ordusu noyabrın 23-nə keçən gecə Ukraynanın Zaporojye vilayətini atəşə tutub.
“Sitat.info” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Starux açıqlayıb.
Məlumata görə, raket bir xəstəxananın doğum şöbəsinə düşüb. Hadisə nəticəsində bir körpə həlak olub.
Hazırda hadisə yerində xilasedicilər işləyir.
/Qafqazinfo