Rusiya yenə doğum evinə hücum etdi: Körpə öldü, anası isə...

13:12 23 Noyabr 2022

Ukraynaya hücumlarını davam etdirən Rusiya növbəti dəfə xəstəxananı vurub.

Sitat.info xəbər verir ki, bu barədə  Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabında paylaşım edib: “Terror dövləti mülki şəxslərə və mülki strukturlara qarşı mübarizəni davam etdirir. Vilnyansk xəstəxanasının doğum şöbəsinə raket hücumu nəticəsində 1 körpə ölüb, 1 qadın yaralanıb.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada körpənin anası və həkiminin yaralı halda dağıntılar altından çıxarıldığı bildirilib.

Səid,

Sitat.info



Xəbər xətti