“Rusiya Moldovanı uçuruma aparır”.
Sitat.info UNIAN-a istinadən xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib.
“Bizi qaranlıqda və soyuqda qoyan, insanları qəsdən öldürən bir rejimə etibar edə bilmərik", - dövlət başçısı bildirib.
Qeyd edək ki, bu gün Rusiya Ukrayna ərazisini kütləvi raket hücumuna məruz qoyub. Nəticədə Moldovanın bir hissəsində və Dnestryanı bölgədə elektrik enerjisi kəsilib.