AY Partiya rəhbərliyi Türkiyə Böyük Millət Məclisində - FOTO

21:21 23 Noyabr 2022

Azərbaycan Yüksəliş Partiyası Başqanlıq Heyəti üzvlərinin Türkiyə səfəri davam edir.

SİTAT.İNFO xəbər verir ki, Başqanlıq Heyətinin üzvləri Aqil Dadaşzadə, Vasif İsmayıl, Rəşad Bakuvi, Aynur Qəzənfərqızı və Gülşən Hacıyevanın bu gün Türkiyə Böyük Millət Məclisini ziyarət ediblər. 

Başqanlıq Heyətinin üzvləri İYİ Partiyanın dəvəti ilə bu partiyanın TBMM-də qrup toplantısına qatılıb, Başqan Meral Akşenerin çıxışını dinləyiblər. Daha sonra AY Partiya təmsilçiləri İYİ Partiya millət vəkilləri Fəxrəddin Yokuş, Behiç Çelik ilə bir araya gəliblər.

Görüşdə Türkiyədə partiyaların parlament təcrübəsindən, fəaliyyətindən danışılıb, partiyaların qrup toplantılarının önəminə, bu ənənələrin Aazərbaycana daşınmasının vacibliyinə toxunulub.

Millət vəkillərinə AY Partiya Başqanı Anar Əsədlinin  hədiyyəsi təqdim edilib. Söhbət TBMM-də yemək süfrəsi arxasında davam etdirilib.

********

Azərbaycan Yüksəliş Partiyası Başqanlıq Heyəti üzvləri Ankarada Ana Vətən Partiyasında da olublar. Başqanlıq Heyətinin üzvləri Aqil Dadaşzadə, Rəşad Bakuvi, Vasif İsmayıl, Aynur Qəzənfərqızı və Gülşən Hacıyeva partiyanın Başqanı İbrahim Çələbi ilə görüşüblər. 

Görüşdə iki ölkənin münasibətləri, Türk Dünyası birliyi ilə bağlı müzakirələr aparılıb, AY Partiya və Ana Vətən Partiyasının əməkdaşlıq perspektivləri haqqında danışılıb. 
AY Partiya Başqanı Anar Əsədlinin hədiyyəsi İbrahim Çələbiyə təqdim edilib.




Xəbər xətti