Avropa Ukraynaya generatorlarla kömək edəcək

12:45 24 Noyabr 2022

Rusiyanın hücumları nəticəsində 10 milyon ukraynalı işıqsız qalıb. 

Rusiyanın Ukraynanın enerji infrastrukturunu məhv etməsi səbəbindən yaşanan humanitar fəlakətə Avropa Parlamenti və Avropa Şəhərlər Assosiasiyası rekasiya verib, onlar Ukraynaya yardım göstərmək təşəbbüsü ilə çıxış ediblər.

Sitat.info xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola Twitter-də bildirib və qeyd edib ki, söhbət Ukrayna üçün böyük həcmdə generatorların yığılmasından gedir.

"10 milyon ukraynalı Rusiyanın hücumları səbəbindən işıqsız qalıb. Biz kömək edə bilərik", - Metsola bildirib.

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti