Aİ Rusiyaya qarşı 9-cu sanksiyalar paketini hazırlayır

16:09 24 Noyabr 2022

Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen, Aİ-nin Rusiyaya qarşı 9-cu sanksiya paketinə hazırlaşdığını bəyan edib.

Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, Ursula fon der Leyen, "Mən bu gün elan edə bilərəm ki, biz 9-cu sanksiya paketi üzərində tam sürətlə işləyirik. Əminəm ki, çox yaxında biz G7 və digər əsas tərəfdaşlarla Rusiya neftinin qlobal qiymət maksimumunu təsdiq edəcəyik", - bildirib.

/Manset.az



Xəbər xətti