Rusiyanın Krasnodar diyarında naməlum şəxs küçədə atəş açıb.
Hadisə Krımsk şəhərindəki ticarət mərkəzi önündə baş verib.
Kişi 3 nəfəri öldürdükdən sonra intihar edib.
Rusiya İstintaq Komitəsindən verilən məlumata görə, kişi güllələdiyi üç nəfərdən ikisini tanıyıb.
“İlkin məlumatlara görə, bu gün Krımsk şəhərinin Sineva küçəsində 66 yaşlı yerli sakin 1983 və 1969-cu il təvəllüdlü tanışlarına bir neçə dəfə atəş açıb və onlar aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.Kişi tüfəngdən başqa bir şəxsə də atəş açaraq onu öldürüb. Hazırda üçüncü qurbanın şəxsiyyəti müəyyənləşdirilir”, - məlumatda deyilir.//oxu.az