Son dəqiqə! Kiyevdən təxliyə başladı- Əhali paytaxtdan çıxarılır...

22:49 24 Noyabr 2022

Əhalinin bəzi qrupları qış üçün Kiyevdən çıxarıla bilər.

Sitat.info xəbər verir ki, bu açıqlamanı paytaxtın meri Kliçko Almaniyanın "Bild" qəzetinə müsahibəsində bildirib və qeyd edib ki, tammiqyaslı evakuasiyadan söhbət getmir.

"Biz bəzi insanların Kiyevətrafı ərazilərə - uşaq evlərinə, qocalar evlərinə köçməsi ehtimalını nəzərdən keçiririk. Bunu evakuasiya adlandırmaq olmaz, lakin əhalinin bəzi qruplarının müvəqqəti köçürülməsini nəzərdən keçiririk. Amma indi bu barədə söhbət getmir. Amma fərqli ssenarilərə hazır olmalıyıq".  

Kliçko vətəndaşları şaxtalı havalarda işıqların kəsilməsinə və "ən pis ssenariyə" hazırlaşmağa çağırıb.

Həmçinin, Kiyevin meri Almaniyanı Ukraynaya humanitar yardım göstərməyə çağırıb: müdafiə üçün silahlardan əlavə generatorlar, isti paltarlar və digər zəruri əşyalar lazımdır. 

Nərgiz,

Sitat.info



Xəbər xətti