Almaniyanın keçmiş kansleri Angela Merkel Ukraynanın işğalından əvvəl vəzifədə olarkən Rusiyaya qarşı siyasətini müdafiə edib və Putini dayandıra bilməyəcəyini deyib.
Sitat.info xəbər verir ki, Almaniyada nəşr olunan “Spiegel” jurnalının suallarını cavablandıran keçmiş baş nazir, hələ 2021-ci ilin yayında vəzifədə olarkən Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makronun bir araya gələcəyi Avropa görüş masasını yığmağa çalışdığını açıqlayıb.
"Amma bunu etməyə imkanım yox idi, çünki hamı bilirdi ki, payızda işdən ayrılacam".
O, jurnalistə 2021-ci ilin avqustunda Moskvaya son səfərindən danışıb, Putin üçün vacib olan yeganə şey gücdür -deyə əlavə edib.
Merkel Putinin son görüşlərində xarici işlər naziri Sergey Lavrovu da özü ilə gətirməsinin mənalı olduğuna diqqət çəkib. O, əvvəllər həmişə tək görüşdüklərini deyib.
Merkel bildirib ki, Minsk sülh danışıqları zamanı Ukrayna ilə bağlı mövqeyi Kiyevə Rusiyanın hərbi hərəkətinə hazırlaşmaq üçün vaxt verib.
Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsindən sonra Minskdə keçirilən danışıqlarda atəşkəs razılaşması əldə olunsa da, qarşılıqlı tərksilah və beynəlxalq müşahidə də daxil olmaqla bir çox maddələr həyata keçirilə bilmədi.
Merkel deyib ki, o, dekabrda vəzifəsini tərk etdiyinə görə peşman deyil, çünki o, hökumətinin təkcə Ukrayna böhranı ilə bağlı deyil, həm də Rusiyanın iştirak etdiyi Moldova, Gürcüstan, Suriya və Liviyadakı münaqişələrdə heç bir irəliləyiş əldə edə bilmədiyini hiss edir.
Merkellə Putinin xüsusi münasibəti var idi, biri Şərqi Almaniyada doğulub boya-başa çatması, digərinin isə orada KQB agenti kimi xidmət etməsi və görüşlərində Putinin mükəmməl almanca, Merkelin isə rusca danışması ilə bağlı idi.
Qeyd edək ki, Angela Merkel ötən ilin dekabrında istefa verənə qədər ardıcıl dörd dəfə, ümumilikdə 16 il kansler vəzifəsində çalışıb.
Seymur Bənnayev
Sİtat.info