Tesla Çində satılan 67 698 avtomobili geri çağırır

22:19 25 Noyabr 2022

ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla Çinə ixrac etdiyi 67 698 ədəd "Model S" və "Model X" markalı elektrik avtomobilini istehsal qüsurundan yaranan təhlükəsizlik risklərinə görə geri çağırıb.

Sitat.info xəbər verir ki, Çin Dövlət Bazarı Tənzimləmə İdarəsi tərəfindən edilən açıqlamada, yoxlamalar zamanı şirkətin akkumulyator idarəetmə sisteminin sözügedən nəqliyyat vasitələrinin proqram təminatındakı səhvlər səbəbindən hesablama səhvlərinə yol verdiyi və xəbərdarlıq ekranında səhv vaxtlarda "texniki xidmət tələb olunur" və "təhlükəsiz parkinq" ifadələrinin göstərildiyi bildirilib.

Açıqlamada, 25 sentyabr 2013-cü il və 21 noyabr 2021-ci il tarixləri arasında istehsal edilən və geri çağırılan 67 min 698 avtomobildəki səhvləri aradan qaldırmaq üçün proqram təminatının yenilənəcəyi qeyd edilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti