Suriya kürdləri Türkiyənin hücumlarına etiraz edirlər

09:11 28 Noyabr 2022

Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Qamışlı şəhərində minlərlə kürd Türkiyənin bölgədəki hava hücumlarına və Ankaranın kürd yaraqlılarına qarşı hücuma başlamaq hədələrinə etiraz edib.

Sitat.info xəbər verir ki, Müşahidəçilər noyabrın 1-dən bu yana 60-dan çox insanın öldüyünü təxmin edirlər.

Suriyanın həm də Türkiyə sərhədində olan Kobani şəhərinin sakinləri qorxu içində yaşayırlar. Qısa fasilədən sonra buradakı Türkiyə hava hücumları yenidən başlayıb.

Kobani sakini Əminə Yusif: "Türkiyə nə istəyir? Biz nə edəcəyimizi bilmirik. Evimizi, torpaqlarımızı əlimizdən almaq istəyirlər. Amma yoxsulluq içində yaşayırıq, işığımız yoxdur, heç nəyimiz yoxdur" deyib.

Kobanidə mağaza sahibi Dərviş Məhəmməd deyir: "İnsanlar pula qənaət edir, sadəcə bir-iki günə zəruri əşyalar alırlar, hamı Ərdoğanın evlərini tərk etməli olacağı hücumlarına hazırlaşır".

Bu arada Ankara tərəfdarları Hələbdə silahlı suriyalı müxaliflərin nəzarətində olan Bab əl-Salam sərhəd-keçid məntəqəsi yaxınlığında nümayiş keçirib. Onlar Türkiyə hərbi əməliyyatına dəstək üçün çıxıblar.

Bu kontekstdə Türkiyənin dəstəklədiyi suriyalı döyüşçülər kürd qüvvələrinin nəzarətində olan Tel Rifat bölgəsində mövqe tutmağa hazırlaşır.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti