Ukrayna prezidenti Zelenski Rusiya ordusunun Ukraynanın mülki və enerji infrastrukturlarına yeni raket hücumlarına hazırlaşdığını iddia edib.
Sitat.info xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski gecə saatlarında Telegram hesabında paylaşdığı gündəlik video müraciətində Rusiya-Ukrayna müharibəsinin davam etdiyini xatırladıb.
Son dövrlərdə olduğu kimi bu həftə də ən ağır toqquşmaların Donetsk cəbhəsində davam etdiyinə diqqət çəkən Zelenski, "Cəbhədə vəziyyət olduqca ağırdır" dedi. qiymətləndirməsini etdi.
Rusiyanın ötən həftə Ukraynada mülki və kritik enerji infrastrukturlarını yenidən bombaladığını bildirən Zelenski, hücumlar nəticəsində ölkədəki enerji problemlərinin həlli üçün təsirli səylər göstərildiyini bildirib.
Rusiyanın yeni hücumlara hazırlaşdığını iddia edən Zelenski, "Terrorçuların yeni hücumlar hazırladığını anlayırıq. Bunu dəqiq bilirik. Və təəssüf ki, raketləri olduğu müddətcə sakitləşməyəcəklər" dedi.
Seymur Bənnayev
Sitat.info