Rusiyada helikopter qəzası, ölənlər var

09:56 28 Noyabr 2022

Rusiyanın Tver vilayətində şəxsi helikopter qəzaya düşüb.

“Sitat.info” Rusiya mediasına istinadən xəbər verir ki, helikopterin göyərtəsində pilot və bir sərnişin olub.

Onların qardaş olduqları və hər ikisinin qəzada həlak olduğu bildirilir.

Məlumata görə, qəzaya səbəb texniki nasazlıq və idarəetmədə yola verilən səhv olub.

/Qafqazinfo



Xəbər xətti