Sincanda Urumçi şəhərində baş verən yanğında həyatını itirənlərin xatirəsini anmaq üçün etiraz aksiyaları keçirilir.
Sosial şəbəkələrdə paylaşılan videolarda polisin nümayişçilərin yenidən əraziyə toplaşmaması üçün tədbir gördüyü və səkiləri barrikadalarla əhatə etdiyi əks olunur. Belə ki, Şanxayda 300-ə yaxın nümayişçi Urumçi Orta küçəsində ötən gecə yanğında həyatını itirənlərin xatirəsini anmaq üçün toplaşaraq, hökumətin Kovid-19 siyasətinə və sərt tədbirlərinə etiraz edərək yanğın olan əraziyə şamlar və çiçəklər düzüblər. Nümayişçilər “Azadlıq istəyirik”, “Karantinə yox”, “Sağlamlıq kodeksinə yox”, “Sincan üçün azadlıq” və “Si Cinpin istefa” kimi şüarlar səsləndiriblər.
Toplaşanlar tez-tez polis tərəfindən uzaqlaşdırılır, bəzi nümayişçilər saxlanılıb.
Cəmiyyət üzərində dövlət nəzarətinin kəskin olduğu Çində nadir hallarda baş verən bu cür etirazlar hökumətin COVID-19 siyasətindən və sərt karantin tədbirlərindən ictimai narazılığı ifadə edir.
Nərgiz.
Sitat.info