Ermənistan əhalisi arasında “ən çox hansı ölkədən hərbi yardım gözləmələrinə” dair sorğu keçirilib. Böyük əksəriyyət hesab edir ki, İrəvana ən böyük hərbi yardımı Rusiya (37%) göstərə bilər.
Sitat.info xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
“ABŞ-dan yardım gözləyənlər 32,5%, KTMT-dən isə 0,2% təşkil edib. Beləliklə, ABŞ-dan gələcək hərbi yardıma inananların sayı artıb, KTMT-də isə azalıb”, - məlumatda deyilir.
/Axar.az