Ukrayna NATO-dan yardımları sürətləndirməyi tələb etdi

21:31 29 Noyabr 2022

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba NATO müttəfiqlərindən Rusiya ilə müharibədə verdikləri dəstəyin, hərbi və qeyri-hərbi yardımın “daha ​​tez” çatdırılmasını tələb edib.
Sitat.info xəbər verir ki, Kuleba, NATO Xarici İşlər Nazirləri Toplantısının keçirildiyi Rumıniyanın paytaxtı Buxarestdə NATO baş katibi Yens Stoltenberq ilə jurnalistlərə açıqlama verib.

Daha əvvəl NATO-dan silah istədiklərini, silah verildiyi üçün torpaqların əksər hissəsinin Rusiya  işğalından azad edildiyini qeyd edən Kuleba, növbəti yardımların tez bir zamanda göndərilməsini istəyib.

"Rusiyanı məğlub edə biləcəyimizi sübut etdik. Qərb ölkələrində silah istehsalı və onların çatdırılması ilə bağlı qərarlar daha sürətli olmalıdır".

Kuleba, Rusiyanın hücumları nəticəsində dağılan enerji infrastrukturunun təmiri üçün lazım olan materialların əhəmiyyətini də vurğulayıb. 

Nərgiz,

Sitat.info



Xəbər xətti