Suriya prezidenti Bəşər Əsəd “Türkiyə Suriyanın tələblərini yerinə yetirməyə hazır olduğunu göstərdi, lakin Dəməşq Ankaradan söz yox, hərəkət gözləyir” deyib.
Sitat.info xəbər verir ki, Əl Akhbar-ın xəbərinə görə, Dəməşqdə bir qrup jurnalist və araşdırmaçı ilə görüşən Bəşər Əsəd Türkiyə ilə əlaqələrin yenidən qurulmasını da dəyərləndirib.
Ankara ilə danışıqların hazırda yalnız “kəşfiyyat səviyyəsində” olduğunu, lakin “ikitərəfli danışıqların səviyyəsinin tezliklə qaldırılacağını” bildirən Suriya lideri “Türkiyə Suriyanın tələblərini yerinə yetirməyə hazır olduğunu göstərdi” deyib.
Təxminən 4 saat davam edən müsahibədə Əsəd Suriyanın qonşuları və Suriya məsələsində aktiv olan ölkələrlə əlaqələrə dair qiymətləndirmələr edib.
“Suriya Türkiyədən söz deyil, hərəkət gözləyir”, - Əsəd deyib.
Xatırladaq ki, bu günlərdə prezident Rəcəb Tayyib Ərdoğan “siyasətdə heç bir küskünlük olmayacağını” bildirərək, Misir kimi Suriyada siyasətin dəyişməsi ilə bağlı ilk açıqlamasını vermişdi.
Seymur Bənnayev
Sitat.info