İlk rəsmi açıqlama: Məhsa Əmini etirazlarında 300-dən çox insan həlak olub

21:52 29 Noyabr 2022

İran İnqilab Keşikçiləri Ordusunun komandirlərindən olan briqada generalı Əmir Əli Hacızadə, Məhsa Əmininin həbsindən sonra ölümündən sonra başlayan nümayişlərdə təhlükəsizlik qüvvələri də daxil olmaqla 300-dən çox insanın həyatını itirdiyini açıqlayıb.

http://Sitat.info xəbər verir ki, İranın paytaxtı Tehrandakı Şəhid Rəcayi Universitetində çıxış edən İnqilab Keşikçiləri Ordusunun Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə,  saçının bir hissəsi göründüyü üçün 'əxlaq polisi' tərəfindən saxlandıqdan sonra həyatını itirən 22 yaşlı Məsha Əminin ölümündən sonra  ay yarımdır davam edən etirazlarla bağlı açıqlama verdi.

 

AA-nın İranda yayımlanan Tələbə Xəbər Şəbəkəsinə (SNN) istinadən verdiyi xəbərə görə, nümayişlərdə həyatını itirənlərin sayı ilə bağlı ilk açıqlama verən Hacızadə, "düşməni tanıta bilmədiyimizə görə 300-dən çox şəxs həlak və ya şəhid oldu" ifadələrini işlətdi. 

 

Nümayişlərin rejim əleyhdarları tərəfindən təşkil edildiyini, lakin nümayişlərdə iştirak edən hər kəsi günahlandırmaq lazım olmadığını bildirən Hacızadə, “İğtişaşlara aldananlar əksinqilabçı deyillər, onlar bizim övladlarımızın, xalqımızın bir parçasıdır." dedi.

Seymur Bənnayev

Sitat.info

 



Xəbər xətti