NATO-dan Türkiyəyə həmrəylik mesajı

22:14 29 Noyabr 2022

NATO Xarici İşlər Nazirləri Toplantısının ilk günündə yayımlanan bəyanatda terror təşkilatı PKK-nın hərəkətlərindən sonra Türkiyə ilə həmrəylik mesajı verilib, eyni zamanda Rusiya ilə döyüşən Ukraynaya verilən dəstək vurğulanıb.

Sitat.info xəbər verir ki, NATO-nun 360 dərəcəlik bir yanaşma ilə bütün müttəfiqlərini bütün təhdidlərdən qoruyacağı vurğulanan bəyanatda, “Terrorun hər cür forma və təzahürlərini qınayır, son dəhşətli terrorçudan sonra insan itkisinə yas tutan Türkiyə ilə həmrəyik." bəyanata daxil edilmişdir.

NATO-nun çəkindirmə və müdafiə gücünü gücləndirmək üçün səylərin davam etdiriləcəyi qeyd edilən bəyanatda ittifaqın kritik infrastrukturlarına qarşı hər cür təhdidlərə birlik və qətiyyətlə cavab veriləcəyi bildirilib.

“Ukraynaya veriləcək dəstəkdən geri addım olmayacaq”

Rusiya ilə müharibədə Ukraynaya dəstək üçün heç bir addım atılmayacağı vurğulanan bəyanatda müharibənin məsuliyyətinin Rusiyanın olduğu vurğulanıb.

“Rusiyanın Ukraynada dinc əhaliyə qarşı təqiblərini və insan hüquqlarının pozulmasını, o cümlədən sürgün, işgəncə, qadın və uşaqlara qarşı vəhşi rəftarını pisləyirik”, - deyə bəyanatda bildirilir. 

Bundan əlavə bəyanatda qeyd olunub ki, Ukraynanın dağılmış enerji infrastrukturunun təmiri və hava hücumlarından qorunması üçün yardım davam etdiriləcək.

Bəyanatda həmçinin Finlandiya və İsveçin üzvlüyünün NATO-nu daha da gücləndirəcəyi bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti