Avropa Mərkəzi Bankının sədri Laqard: İnflyasiya hələ pik həddinə çatmayıb

23:15 29 Noyabr 2022

Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard avro zonasında inflyasiyanın hələ pik həddinə çatmadığını və gözləniləndən daha çox artım riskinin olduğunu bildirib.

Sitat.info xəbər verir ki, gələcəkdə mümkün faiz artımlarına işarə edən AMB sədri, bankın inflyasiyanı azaltmaq üçün daha yumşaq bir yola üstünlük verməyəcəyi ilə bağlı spekulyasiyaları da gücləndirdi.

Ötən ay avrodan istifadə edən 19 ölkədə inflyasiya illik bazda 10,6%-lə rekord səviyyəyə çatıb. İqtisadçılar noyabrda bunun bir qədər azalaraq 10,4%-ə düşəcəyini gözləyirlər.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti