8 milyon ukraynalıya qapılarını açan ölkə artıq onlardan pul alacaq

11:47 30 Noyabr 2022

Müharibə başlayandan bəri 8 milyon ukraynalıya qapılarını açan Polşa hökuməti ölkənin sığınacaqlarında 4 aydan çox qalan ukraynalı qaçqınlardan yemək və sığınacaq üçün pul tələb etməyə qərar verib.

Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, yaşlılar, əlillər və hamilə qadınlar qərardan azad olunacaqlar.

Qərar 2023-cü il martın 1-dən qüvvəyə minəcək.

/Manset.az



Xəbər xətti