Beynəlxalq agentliklərin son xəbərlərinə görə, Pakistanın Ketta şəhərində patrul xidməti həyata keçirən polisi hədəf alan bombalı hücumda 3 nəfər həyatını itirib, 28 nəfər yaralanıb.
Sitat.İnfo xəbər verir ki, Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində polis maşınına intiharçı hücumu həyata keçirilib.
İlkin məlumata görə, 3 nəfər həyatını itirib, 28 nəfər yaralanıb.
Təhlükəsizlik qüvvələrinin verdiyi açıqlamada ölənlər arasında bir qadın və bir uşağın olduğunu bildirib.
Hücuma görə məsuliyyəti Pakistan Talibanı (TTP) öz üzərinə götürüb.
Məğrur,
Sitat.info