Avropa Komissiyası Rusiyanın başlatdığı müharibədə Ukrayna Silahlı Qüvvələrinin 100 min hərbçini itirdiyini bildirib.
Sitat.info xəbər verir ki, bu məlumatları Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen açıqlayıb. Ancaq bu məlumatı haradan aldığını deməyib.
O, həmçinin bildirib ki, müharibə 20 mindən çox Ukrayna vətəndaşının həyatına son qoyub, təcavüzdən dəymiş ziyan 385-dən 600 milyard avroya yüksəlib.
Avropa Komissiyasının rəhbəri Rusiyanın cinayətlərinə baxacaq ixtisaslaşdırılmış məhkəmənin yaradılması üzrə Beynəlxalq Cinayət Məhkəməsində prosesin başladığını da vurğulayıb.
Nərgiz,
Sitat.info