Səudiyyə Ərəbistanında iki yeni təbii qaz yatağı aşkar edilib

21:45 30 Noyabr 2022

Səudiyyə Ərəbistanının iqtisadiyyat naziri Əbdüləziz bin Salman ölkəsinin neft şirkəti Saudi Aramco-nun iki yeni neft yatağı kəşf etdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Səudiyyə Ərəbistanı xəbər agentliyinin xəbərində kəşf edilən iki neft yatağının ölkənin şərq bölgəsində qeyri-adi olduğu bildirilib.

Xəbərlərdə fikirlərinə yer verilən İqtisadiyyat naziri Əbdüləziz Səudiyyə Aramco-nun yeni kəşflərinin ölkənin strategiyalarına əhəmiyyətli töhfə verəcəyini ifadə edərək, bu yeni kəşflərin krallığın təbii qaz ehtiyatlarını gücləndirəcəyini vurğulayıb.

Əbdüləziz bəyan edib ki, ölkənin şərqində edilən ilk kəşf Əl-Hufuf şəhərindən 142 km aralıda olan Qavvar neft yatağının cənubunda yerləşir.

İqtisadiyyat naziri Əbdüləziz digər kəşfin Zəhran şəhərindən 230 km cənubda olduğunu bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti