Kralın qızı İspaniya millisinin bu oyunçusuna aşiq olub - FOTO

22:43 30 Noyabr 2022

İspaniya taxt-tacının varisi və İspaniya kralı VI Filipin qızı olan ispan şahzadəsi Leonor "Barselona" və milli komandanın yarımmüdafiəçisi Qaviyə aşiqdir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Championat” AS nəşrinə istinadən yazıb. 

Kralın böyük qızının Qaviyə qarşı güclü hissləri olduğu qeyd edilir. O, məktəbə özü ilə birlikdə oyunçunun fotoşəkilləri olan stikerlərlə dolu bir qovluq aparır.

VI Filipp 2022-ci ildə Qətərdə keçiriləcək Dünya Çempionatında iştirak edir. İspaniya - Kosta-Rika matçından (7:0) sonra o, futbolçuları təbrik etmək üçün millinin paltardəyişmə otağına daxil olub.

Məlumata görə, Filip VI Qavidən daha kiçik ölçülü bir köynək imzalamasını istəyib. Hədiyyənin Leonor üçün nəzərdə tutulması ehtimalı var.

Şahzadə 12-13 yaşlarında keçmiş ispaniyalı hücumçu Fernando Torresə də aşiq olub. Nəşr onu da bildirir ki, Leonor braziliyalı bir gənclə münasibətdə olub, lakin sonradan onların münasibətləri pozulub.




Xəbər xətti