Bir müddətdir xərçənglə mübarizə aparan dünya futbolunun əfsanəsi Pele xəstəxanaya yerləşdirilib. Buna səbəb ürək xəstəliyi olub
Sitat.info xəbər verir ki, yoğun bağırsaq xərçəngindən müalicə olunan Pele bədənindəki şişlik və ürək xəstəliyindən sonra San Paulodakı Albert Eynşteyn xəstəxanasına aparılıb.
Zəifləyən və sərbəst qidalanmaqda çətinlik çəkən Pelenin bədəninin artıq kimyaterapiyaya cavab vermədiyi iddia edilib.
Pelenin qızı Kely Nascimento sosial mediada atasının xəstəxanaya yerləşdirildiyini təsdiqləsə də, bunun ciddi bir hal olmadığını bildirib.
Pele 2021-ci ilin sentyabrında yoğun bağırsağındakı şişi çıxarmaq üçün əməliyyat olunmuş və bir neçə gün reanimasiyada qalmışdı.
Karyerasında “Santos” və “Nyu York Kosmos” klublarında çıxış edən Pele 3 Dünya Kuboku, 6 Braziliya A Seriya və 2 Libertadores çempionu olub.
Səid,
Sitat.info