Avropa İttifaqı (Aİ) Rusiya Mərkəzi Bankının müharibə səbəbindən dondurulmuş 300 milyard avroluq ehtiyatlarına və rus oliqarxlarının dondurulmuş 19 milyard avroluq aktivlərinə həbs qoymağı planlaşdırır.
Sitat.info xəbər verir ki, Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen sosial media hesabında Rusiya-Ukrayna müharibəsi ilə bağlı video paylaşıb.
Von der Leyen deyib ki, Rusiyanın maddi cəhətdən vurduğu zərəri ödəmək məcburiyyətindədir. O, Ukraynanın indiyə qədər məruz qaldığı itkinin 600 milyard avro olaraq qiymətləndirildiyini bildirib.
"Rusiya və onun oliqarxları Ukraynaya vurduğu zərəri kompensasiya etməli və ölkənin yenidən qurulması xərclərini öz üzərinə götürməlidir", - Von der Leyen deyib. O, Rusiya Mərkəzi Bankının ehtiyatlarının 300 milyard avrosunu blokladıqlarını, rus oliqarxların pullarının isə 19 milyard avrosunu dondurduqlarını bildirib.
"Tərəfdaşlarımızla birlikdə qısa müddətdə bu vəsaitləri idarə etmək və investisiya etmək üçün struktur yarada bilərik. Rusiyanın dəhşətli cinayətləri cəzasız qalmayacaq" - deyə Avropa İttifaqı Komissiyasının sədri vurğulayıb.
Nərgiz,
Sitat.info