İlon Mask çiplərin insan üzərində sınağına başlayır

10:26 1 Dekabr 2022

İlon Mask etiraf edib ki, altı aydan sonra "Neuralink" çipləri insanlar üzərində sınaqdan keçirməyə başlayacaq

 Sitat.info xəbər verir ki, beyin çipi şirkəti "Neuralink" altı aydan sonra çipləri insanlar üzərində sınaqdan keçirməyə başlaya biləcək. Bu barədə şirkətin təsisçisi İlon Mask təqdimat zamanı bildirib. 

Sahibkarın sözlərinə görə, işçilər cihazı insan orqanizminə daxil etməzdən əvvəl onun düzgün işləyəcəyinə əmin olmalıdırlar.

"Biz sənədlərimizin çoxunu ABŞ Qida və Dərman İdarəsinə göndərmişik və yəqin ki, təxminən altı aydan sonra biz "Neuralink"i insana implantasiya edə biləcəyik", - Mask deyib.

/Musavat

 



Xəbər xətti