Şesni ilə Messi penaltiyə görə mərc ediblər

11:34 1 Dekabr 2022

Ötən gün keçirilən Polşa - Argentina görüşündə qapıçı Voyçex Şesni ilə Lionel Messi mərc edib.

“Sitat.info” xəbər verir ki, bu barədə təcrübəli qapıçı açıqlamasında deyib.

O bildirib ki, argentinalı ulduzla hakimin penalti təyin etməyəcəyinə dair mərc edib: “Hakim VAR-a getdiyi zaman Messi ilə danışırdıq. Dedim ki, hakimin penalti təyin etməyəcəyinə 100 avrodan mərc edək. Amma mərci uduzdum. Ona pul verməyəcəm. Messinin artıq kifayət qədər pulu var”.

/Qafqazinfo

 



Xəbər xətti