Rusiyanın Türkiyə sərhədindən təxminən 15 kilometr uzaqlıqdakı Tel Rifat bölgəsinə əlavə qüvvələr göndərib.
Sitat.info xəbər verir ki, bu barədə AFP beynəlxalq agentliyi iddia ortaya qoyub.
Xəbərdə Rusiyanın əlavə hərbi qüvvələrinin Hələbin şimalındakı Tel Rifata çatdığını deyilir. Tell Rıfat Türkiyənin Fərat Qalxanı və Zeytun Budağı əməliyyatı ilə terrorçulardan təmizlədiyi bölgənin kənarında yerləşir və Suriyanın ən şimal-qərbində YPG terrorçularının nəzarətində olan bölgədir.
Bölgədə rus hərbçilərinin olduğunu xatırladan Rusiya qüvvələri Türkiyənin nəzarətində olan bölgənin sərhədində də barrikadalar qurub.
Səid İsaoğlu,
Sitat.info