İspaniyada bir neçə ünvana, eyni zamanda ABŞ-ın Madriddəki səfirliyinə də bombalı paket göndərildiyi bildirilib.
Dünən Ukraynanın İspaniyadakı Madrid səfirliyinə göndərilən və bir zabitin yaralanmasına səbəb olan bomba zərfi ilə bağlı başladılan araşdırmalar davam edərkən, oxşar hadisənin başqa bir silah şirkətində də yaşandığı üzə çıxıb.
Sitat.info xəbər verir ki, İspaniya polisindən verilən açıqlamada, dünən axşam saatlarında Saraqosa şəhərində Ukraynaya C90 reaktiv yaylım atəş sistemini təmin edən silah şirkəti Instalaza-ya bombalı məktub göndərildiyi bildirilib: "Zərf açılmazdan əvvəl təhlükəsizlik qüvvələrinə məlumat verildiyi, Ukraynanın Madrid səfirliyinə göndərilənə bənzər əl istehsalı bombanın olduğu bildirilib. Bombanın nəzarətli şəkildə partladıldığı və xəsarət alan olmadığı məlumdur.
İspaniya Müdafiə Nazirliyindən verilən açıqlamada, bu gün Torrejon de Ardozdakı Hərbi Hava Qüvvələri bazasında yerləşən Avropa İttifaqının Peyk Mərkəzinə partlayıcı maddənin olduğu paketin göndərilib. Bağlama rentgen aparatı ilə skan edildikdən sonra içərisində “mexanizm” olduğu müəyyən edilib. Qeyd olunub ki, aviabazaya gücləndirici təhlükəsizlik qüvvələri yerləşdirilib.
Son xəbərlərə görə, ABŞ-ın Madriddəki səfirliyinə də bombalı paketi göndərilib. Reuters xəbəri İspaniya televiziyasına istinad edib.
Seymur,
Sitat.info