Çin kütləvi etirazlardan sonra karantin tədbirlərini yumşaldır.
Sitat.info xəbər verir ki, Xi Jinping üçün ilk dəfə istefa şüarlarının səsləndirildiyi Çində yoluxmaların artdığı Şanxay və Quançjou kimi şəhərlərdə bu gün məhdudiyyətlər ləğv edildi.
Ölkədə başlayan etirazlardan sonra Çin hökuməti Covid-ə yoluxmaların hadisələrinin çox olmasına baxmayaraq, sərt karantin siyasətlərini yumşaltmaq üçün siqnallar verir.
Xatırladaq ki, Çinin sıfır Covid siyasətinə qarşı bir çox şəhərlərdə kütləvi etirazlar keçirilirdi.
Nümayişlər keçən həftə Sincan bölgəsində mənzildə baş verən yanğında 10 nəfərin ölməsindən sonra gücləndi.
Nərgiz,
SİTAT.İNFO