Rusiya Müdafiə Nazirliyi Ukraynanın Donetsk vilayətindəki Kurdyumivka qəsəbəsinin nəzarətə götürüldüyünü açıqlayıb.
Sitat.info-bun məlumatına görə, “Rusiya qoşunlarının hücumları nəticəsində Donetsk Xalq Respublikasının Kurdyumivka qəsəbəsi tamamilə azad edilib”, - Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Ötən gün Ukraynanın Donetsk vilayətinin Andriyevka, Biloqorivka və Perşe Travnya yaşayış məntəqələrinin Rusiya qüvvələri tərəfindən nəzarətə götürüldüyü açıqlanıb.
Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.
Seymur Bənnayev
Sitat.info