Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Rusiyaya qarşı tutduğu mövqeyə görə öz effektivliyini və imkanlarını itirir.
Sitat.info xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Moskvanın bu təşkilatda qalmasının mənası varmı" sualına cavabında deyib.
"ATƏT-in tutduğu mövqeyə görə, təşkilat avtomatik olaraq effektivliyini itirir. Təşkilat sözdə deyil, əməldə Avropada təhlükəsizlik və əməkdaşlıq məsələləri ilə məşğul olmaq imkanını itirir".
Kremlin sözçüsü qeyd edib ki, Rusiyaya qarşı “son bir neçə prezidentlik dövründə formalaşan antaqonist mövqe mahiyyətcə təşkilata de-fakto etməli olduğu işi görməyə imkan vermir”. "Bu da təşkilatın gələcəyinə ciddi zərbə vurur", - Peskov yekunlaşdırıb.
Səid,
Sitat.info