Əfqanıstanın Təhsil Nazirliyi qız tələbələrin universitetə getməsinə qadağa qoyub. Əfqanıstanda qızların orta məktəbdə təhsil almasına qadağa qoyulduqdan sonra onların da universitetə getməsi rəsmən qadağan edilib.
Sitat.info xəbər verir ki, Əfqanıstan Ali Təhsil Nazirliyinin sözçüsü Hafiz Zeiyaullah Haşimi bu barədə sosial media hesabında məlumat verib.
Əfqanıstanın dövlət və özəl universitetlərində dərc edilən qərarda deyilirdi: “Nazirlər Şurasının qərarına əsasən, qızların təhsili ikinci əmrə qədər dayandırılıb.
Bu qərardan əvvəl universitetlərdəki qız tələbələr kişi tələbələrdən ayrı oturmaq və müəyyən geyim qaydalarına uyğun geyinmək şərti ilə dərslərə qatıla bilərdilər.
Seymur,
Sitat.info