Trampa qarşı daha bir "silah" tapıldı

14:20 21 Dekabr 2022

Trampın vergi sənədlərini açıqlamaqdan imtina etməsi seçkidə onun əleyhinə işləyəcək.

Sitat.info xəbər verir ki, ABŞ Demokratlar Partiyasının nümayəndələri keçmiş prezident Donald Trampa qarşı daha bir "silah" tapıblar.

ABŞ Nümayəndələr Palatasının komitəsi 2015 və 2021-ci illər arasında qismən redaktə edilmiş Trampın vergi bəyannamələrinin yayımlanmasına səs verib. Respublikaçılar Partiyasının üzvləri isə sənədlərin dərcinin mənfi presedent yarada biləcəyini əsas gətirərək əleyhinə səs veriblər.

Qeyd olunur ki, siyasətçinin vergi bəyannamələrini dərc etməkdən imtina etməsi 2024-cü ildə keçiriləcək seçkilərdə onun əleyhinə işləyə bilər. Demokrat Riçard Nil vurğulayıb ki, partiyanın hərəkətə keçmək üçün çox az vaxtı var, çünki respublikaçılar yanvar ayında Nümayəndələr Palatasında çoxluğu qazana bilərlər.

ABŞ prezidentliyinə namizədlərdən qanuni olaraq seçicilərə vergi bəyannamələrini təqdim etmələri tələb olunmasa da, onlar bunu onilliklərdir ki, edirlər, lakin Tramp istisnadır. Onun sözlərinə görə, yoxlamadan keçmiş vergi bəyannamələrinin verilməsini qadağan edən qanun olmadığı halda, o, Daxili Gəlirlər Xidmətində vergi sənədlərini açıqlamamaq qərarına gəlib.



Xəbər xətti