Bütün dünyanın gözü Zelenskinin ABŞ səfərindədir.
Sitat.info xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a səfəri ilə bağlı bu dəfə Ağ evin sözçüsü Karine Jean-Pierre yazılı açıqlama verib.
ABŞ-ın Ukraynaya daimi sadiqliyini göstərmək üçün Zelenskini paytaxt Vaşinqtona dəvət etdiyini qeyd edən Jean-Pierre, ABŞ prezidenti Co Baydenin dekabrın 21-də Ağ Evdə Zelenski ilə görüşəcəyini bildirib.
"Sizi şəhərdə qarşılamağı səbirsizliklə gözlədiyini söyləyirik. 300 gün əvvəl Rusiya Ukraynaya amansız hücuma keçdi. Bunun əksinə olaraq, prezident Bayden müstəqilliyini və ərazi bütövlüyünü müdafiə edən Ukrayna xalqını dəstəkləmək üçün dünyanı bir araya gətirdi”.
Ağ evin sözçüsü səfər çərçivəsində, Ukraynanı Rusiyanın hücumlarına qarşı müdafiə etmək üçün istifadə ediləcək təhlükəsizlik paketinin açıqlanacağını, bu səfərin ABŞ-ın Ukraynaya iqtisadi, humanitar və hərbi yardımla bağlı qətiyyətli öhdəliyini ortaya qoyacağını deyib.
Seymur,
Sitat.info