Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar mətbuata maraqlı açıqlamalar verib və Kızılelmanın ilk uçuşunu etdiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar Milli Texnologiya Sahibkarlıq Strategiyası və Turcorn 100 Proqramının Təqdimat Mərasimində çıxış edib.
"Bayraktar Kızılelma ilk uçuşunu etdi. Bu, 20 illik xəyalımız idi. Akıncıdan 3 il sonra ilk uçuşunu həyata keçirdi. Bunlar tamamilə millidir və orijinal dizayndadır. Əslində robot təyyarədir. İçərisindəki aparatlar, milyonlarla proqram türk mühəndisləri tərəfindən, bizim komanda tərəfindən hazırlanıb. Mən Kızılelmanın sonuncu idarəetmə proqramını sətir-sətir işləmişəm".
Nərgiz,
SİTAT.İNFO