Çinin ardınca Hindistandan COVİD 19 virusu ilə bağlı bədbin xəbərlər gəlməkdədir.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Hindistanda koronavirusun "Omikron" ştamının təhlükəli subvariantı yayılır. Artıq yoluxma ilə bağlı 4 hal aşkarlanıb.
Çində epidemiyanın yeni dalğasına səbəb olan bu subvariant Hindistanın Qucarat ştatının qərbində və Odişa ştatının şərqində qeydə alınıb.
Hindistan Səhiyyə Nazirliyi bütün vətəndaşlara kütləvi yerlərdə karantin tədbirlərinə əməl etməyi tövsiyə edib.
Səid,
Sitat.info