ABŞ Senatı Rusiyaya görün kimi səfir yolladı...

23:08 21 Dekabr 2022

Bu gün ABŞ Konqresinin Senatı Linn Treysini ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə təsdiqləyib. 

Sitat.info xəbər verir ki, sentyabr ayında ABŞ prezidenti Co Bayden tərəfindən irəli sürülən namizədi 93 millət vəkili dəstəkləyib, iki senator isə əleyhinə səs verib. Nəticədə namizədlik təsdiq edilib.

ABŞ senatoru Rand Paul isə qərarın əleyhinə səs verib.  “Rusiyaya Ukrayna və Gürcüstanın NATO-ya daxil olmasını dəstəkləyən səfirin göndərilməsi səhvdir” -deyə o, səsvermə zamanı tvitter hesabında yazıb.

Nərgiz,

Sitat.info



Xəbər xətti