Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqına (Aİ) məxsus binalarda hazırda müharibə səbəbindən işıqsız qalan ukraynalılarla həmrəy olduqlarını nümayiş etdirmək üçün işıqlar söndürülüb.
“Sitat.info” xarici mediaya istinadən xəbər verir ki, Avropa Komissiyası, Avropa Şurası və Avropa Parlamenti kimi qurumlarla yanaşı, NATO-nun Baş qərargahında da işıqlar söndürülüb.
Zamex.az - Sizin sürətli və ucuz karqonuz....
Bununla yanaşı, ABŞ və Kanada arasında yerləşən Niaqara şəlaləsində də Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirmək üçün işıq 1 dəqiqəlik söndürülüb.
Qeyd edək ki, dekabrın 21-i dünya üzrə #LightUpUkraine vizual aksiyası keçirilib. Aksiyanın məqsədi Ukraynada Rusiya tərəfinin infrastruktur obyektlərinə zərbə endirməsindən sonra elektrik enerjisinin kəsilməsi ilə bağlı yaşanan problemlərə diqqət çəkmək olub. Aksiyaya 19 ölkədə onlarla məkan cəlb edilib.
/Qafqazinfo